Azərbaycan Mikromaliyyə Assosiasiyası ABŞ-da keçirilən beynəlxalq tədbirə qatılıb

Azərbaycan Mikromaliyyə Assosiasiyası ABŞ-da keçirilən beynəlxalq tədbirə qatılıb
# 19 may 2012 10:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) «SEEP Network» (The Small Enterprise Education and Promotion Network) şəbəkəsinin Müşahidə Şurasının ABŞ-ın Las-Veqas şəhərində keçirilən iclasına qatılıb.

AMA-dan «APA-Economics»ə verilən məlumata görə, bu ilin may ayının 20-dək davam edəcək iclasda qurumun strateji plana ediləcək əlavə və dəyişikliklər, həmçinin bu il üçün nəzərdə tutulmuş işlər müzakirə olunacaq. Tədbirdə Azərbaycanı AMA-nin icraçı direktoru Jalə Hacıyeva təmsil edir.

Qeyd edək ki, AMA 2009-cu ildən «SEEP Network» şəbəkəsinin Müşahidə Şurasının üzvü kimi təmsil olunur.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR