DİN Qazax rayonunda baş vermiş yol qəzası barədə məlumat yayıb

DİN Qazax rayonunda baş vermiş yol qəzası barədə məlumat yayıb
# 25 avqust 2012 10:21 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi Qazax rayonunda baş vermiş yol qəzası barədə məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən məlumatına görə, avqustun 24-də saat 13.30 radələrində Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində, Gəncə şəhər sakini Famil Məmmədov “Mitsubishi Pajero” markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə sərnişinlərindən Əfqan Bağırov hadisə yerində ölüb, xəsarət almış F. Məmmədov və digər sərnişini Surxay Abbasov xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Baş Dövlət Yol Polisi İdarəsindən isə APA-ya qəza zamanı ölən və yaralan şəxslərin meyxanaçı olduqlarını deyiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR