Moskvada Azərbaycan və Ermənistan KİV rəhbərlərinin görüşü planlaşdırılır - FOTO

Moskvada Azərbaycan və Ermənistan KİV rəhbərlərinin görüşü planlaşdırılır - <font color=red>FOTO</font>
# 24 oktyabr 2012 09:48 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Bu ilin sonuna kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək məqsədilə Azərbaycan və Ermənistan cəmiyyətlərinin yaxınlaşdırılması üzrə humanitar təşəbbüs çərçivəsində iki ölkə KİV rəhbərlərinin Rusiya paytaxtında görüşü planlaşdırılır. Bu barədə APA-nın Moskva müxbirinə Ermənistanın Rusiyadakı keçmiş səfiri, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun rəhbəri Armen Smbatyan bildirib.

Onun sözlərinə görə, hazırda belə görüşlərin keçirilməsi iki ölkə ictimaiyyətinin bir-birinə yaxınlaşdırılmasına köməklik edir: “Biz çalışacağıq ki, bu görüşü ilin sonuna kimi keçirək. KİV rəhbərlərinin görüşünün təşkilində məqsədimiz onların daha çox informasiyaya malik olması ilə əlaqədardır. Onlar cəmiyyətə daha yaxındırlar. Biz iki ölkə ictimaiyyətində inam mühitinin yaradılmasına kömək etməliyik”.

Qeyd edək ki, sonuncu belə görüş bu il iyunun 4-də Moskvada “Rossiyskaya qazeta”nın redaksiyasında keçirilib. Görüşlər Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun təşəbbüsü ilə keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR