Fransada 1 mln. avrodan çox gəliri olanlar 75% vergi ödəyəcəklər

Fransada 1 mln. avrodan çox gəliri olanlar 75% vergi ödəyəcəklər
# 20 iyul 2012 08:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Fransa hökuməti 1 mln. avrodan artıq gəliri olan vətəndaşlara 75%-lik vergi tətbiq etmək niyyətindədir.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat verən ölkənin büdcə naziri Jerom Kayuzak bildirib ki, bu tədbir dövlət borcunu azaltmaq üçün lazımdır.

Onun sözlərinə görə, adı çəkilən vergi o vaxtadək qüvvədə olacaq ki, hökumət büdcə kəsirini aradan qaldırsın: «Ümid edirik ki, bu tədbir sayəsində əməkhaqları arasında dözülməz fərq geridə qalacaq».

Yeni verginin Fransada 2013-cü ildən tətbiq ediləcəyi və 3 il qüvvədə olacağı planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR