Bu gün Cennifer Lopez, Rihanna və Şakiranın Bakı konsertinin biletləri satışa çıxarılacaq - FOTO

Bu gün Cennifer Lopez, Rihanna və Şakiranın Bakı konsertinin biletləri satışa çıxarılacaq - <font color=red>FOTO</font>
# 25 iyun 2012 16:37 (UTC +04:00)
Konsertin təşkilatçısı “Universal Music Group” şirkətinin Azərbaycandakı nümayəndəsi “Omnikomo Music Group”un PR və marketinq şöbəsindən APA-ya verilən məlumata görə, bu gün 22:00-da payız aylarında keçiriləcək hər üç konsertin biletlərinin satışına başlanılır. Hər üç dünyaca məşhur müğənnilərinin konsertlərinə biletlərini www.omnikomo.com saytından əldə etmək olar. Konsertlərin təşkilatçısı “Universal Music Group” şirkətinin Azərbaycandakı nümayəndəsi “Omnikomo Music Group” şirkətidir.

2012-ci ilin əvvəlində “Omnikomo Music Group” və “Universal Music Group” yüksək keyfiyyətli musiqinin təşviqi, musiqi piratlığı ilə mübarizə, habelə Azərbaycanda və Gürcüstanda yeni istedadların aşkar edilməsi məqsədilə birgə müəssisə yaradıblar.

Xatırladaq ki, dünya şöhrətli ulduzlar Cennifer Lopez sentyabrın 23-də, Rihanna oktyabrın 6-da, Şakira isə oktyabrın 14-də “Crystal Hall” konsert zalında çıxış edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR