«Azərsu» işçi qəbulu elan edib

«Azərsu» işçi qəbulu elan edib
# 29 avqust 2012 15:32 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərsu” ASC su kəməri təsərrüfatında nəzarətçi işləmək istəyən ali təhsilli şəxsləri işə dəvət edir.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, iş üçün müraciət etmək istəyənlərin yaşı 35-dən çox olmamalı, insanlarla ünsiyyət qura bilmək bacarığına malik olmalıdırlar.

Qeyd edək ki, su kəməri təsərrüfatında nəzarətçinin işi sayğac göstəricilərini çıxarmaq, bildirişlər paylamaq, müqavilələr bağlanmasını təmin etmək və inventarizasiya aparmaqdan ibarətdir. Maraqlanan şəxslər CV-lərini mövzu bölümünə NƏZARƏTÇİ yazmaqla [email protected] elektron ünvana göndərə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR