Avropa fond indeksləri yüksəlib

Avropa fond indeksləri yüksəlib
# 31 oktyabr 2012 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avropa fond bazarlarında oktyabrın 30-da FTSE 100 indeksi 0,9% - 5 849 bəndədək, Almaniya DAX-ı 1,0% - 7 275 bəndədək, Fransa CAC-40-ı 1,3% - 3 453 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına bankların və neft şirkətlərinin kotirovkalarının yüksəlməsi təsir edib.

Oktyabrın 30-da «Sendi» qasırğasına görə Nyu-York Fond Birjasında əməliyyatlar keçirilməyib. Sonuncu dəfə ticarət oktyabrın 26-da aparılıb və həmin günün nəticəsində Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 13 107 bəndədək yüksəlib, S&P 500 0,1% - 1 412 bəndədək enib, Nasdaq 0,1% - 2 988 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 711,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2958 (+0,4%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR