Azərbaycan XİN Fransa Konstitusiya Şurasının qərarını anlayışla qarşılayır

Azərbaycan XİN Fransa Konstitusiya Şurasının qərarını anlayışla qarşılayır
# 29 fevral 2012 07:41 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. “Fransa demokratiyanın mənbəyi kimi uydurma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunu təsdiqləsəydi, bu, ölkənin imicinə böyük zərər gətirərdi”. APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Elman Abdullayev bildirib ki, Azərbaycan Fransa Konstitusiya Şurasının qanunu ləğv etmək barədə qərarını anlayışla qarşılayır: “Ermənilər Fransada prezident seçkiləri öncəsi Fransanı şantaj edərək qanunu müzakirəyə çıxardılar. Amma onların addımı fiaskoya uğradı”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR