İranda həbs olunan azərbaycanlı şairlərin hüquqlarının müdafiəsinə həsr olunmuş dəyirmi masa keçirilib
18 iyul 2012 12:41 (UTC +04:00)
Şahbaz Xuduoğlu: “Biz bu olayın anlaşılmazlıq üzündən baş verdiyi qənaətindəyik və vətəndaşlarımızın taleyindən narahatıq”
Bakı. Ramil Məmmədli – APA. İranda həbsdə olan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin Hüquqlarını Müdafiə Komitəsinin üzvü Şahbaz Xuduoğlunun təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. APA-nın xəbərinə görə, Ş. Xuduoğlu deyib ki, İranın rəsmi dairələri Azərbaycan vətəndaşlarının cinayət törətdiklərinə, yaxud günahsız olmalarına dair hər hansı rəsmi məlumat vermir: “Biz bu olayın anlaşılmazlıq üzündən baş verdiyi qənaətindəyik və vətəndaşlarımızın taleyindən narahatıq”.
Ş. Xuduoğlu gəncləri həbsdə olan həmyaşıdlarının azadlığa çıxması üçün birgə təşəbbüslə çıxış etməyə çağırıb. Onun fikrincə, bu məsələdə dövlət öz üzərinə düşən vəzifəni həyata keçirsə də, gənclər təşkilatlarının mövqeyi daha təsirli ola bilər: “Kim deyə bilər ki, bu gün həmyaşıdlarının taleyinə biganə qalanları sabah bu tale gözləməyəcək”.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının üzvü Samir Əsədli bir qrup gənclər təşkilatının İranın Azərbaycandakı səfiri ilə görüş təşəbbüsü ilə çıxış etdiyini xatırladıb. O deyib ki, ötən gün səfirlik rəsmisi onların müraciətinə iyulun 18-də cavab veriləcəyini söyləyib.
“Gənclər Klubu” İctimai Birliyinin sədri Zaur Əkbər, gənc fəal Bəxtiyar Hacıyev, Müsavat, Xalq Cəbhəsi, Demokrat partiyalarının, “İrəli” İctimai Birliyinin nümayəndələri də çıxış edərək, İranda həbsdə saxlanılan azərbaycanlı gənclərin azadlığa buraxılması üçün gənclər təşkilatlarının aktivləşməsinin zəruriliyini vurğulayıblar. Gənclər təşkilatları bununla bağlı müvafiq proqram və fəaliyyət istiqamətinin müəyyənləşdirilməsi istiqamətində işlərə başlanmasını məqsədəuyğun hesab ediblər.

Daxili siyasət
Deputat: Şuşa Zəfər tariximizdə dünyaya iradəmizi nümayiş etdirdiyimiz simvola çevrildi
10:58
13 may 2024
İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
20:41
11 may 2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib - FOTO
20:33
11 may 2024
MSK sədri COP29-a görə parlament seçkilərinin irəli çəkilə biləcəyini açıqlayıb
13:26
10 may 2024