Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” proqramının 2012-ci il üçün Fəaliyyət Planının birinci hissəsini qəbul edib

Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” proqramının 2012-ci il üçün Fəaliyyət Planının birinci hissəsini qəbul edib
# 02 avqust 2012 08:10 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində 2012-ci il üçün Fəaliyyət Planının birinci hissəsini qəbul edib. APA-nın məlumatına görə, qəbul edilən qərarlar ilk növbədə nəqliyyat kommunikasiyaları və ətraf mühitin müdafiəsinin yaxşılaşdırılmasıdır. Qərarların maliyyə dəstəyi “Şərq Tərəfdaşlığı” proqramının əsas aləti olan ENPİ vasitəsilə həyata keçirilir. Proqramın ilk hissəsinin reallaşmasına 22 milyon avro vəsait ayrılıb. Bu vəsaitin 9 milyon dolları Meşələrin Mühafizəsi Proqramının icra müddətinin uzadılmasına, 10 milyon dolları region iqtisadiyyatının “yaşıllaşmasına”, 3 milyon dolları isə TRACECA proqram çərçivəsində nəqliyyat sahəsinin inkişafına sərf olunacaq.

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramında Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukrayna iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR