İsrailin baş naziri “altılıq” ölkələrini İranla bağlı mövqeyinə görə tənqid edib

İsrailin baş naziri “altılıq” ölkələrini İranla bağlı mövqeyinə görə tənqid edib
# 10 iyul 2012 01:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İsrailin baş naziri Benyamin Netanyahu “altılıq” ölkələrinin İrana qarşı yumşaq rəftarını tənqid edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, B. Netanyahu İsraildə nəşr olunan “Jerusalem Post” qəzetinə müsahibəsində deyib ki, “altılıq” ölkələri İrandan tələblərini azaldıb: “Altılıq” ölkələri əsas tələbinə geri dönüb İrandan uranı zənginləşdirmə cəhdini tamamilə dayandırmağı istəməlidir. İsraillə “altılıq” ölkələrinin İrana qarşı ortaq hədəfləri var. Lakin “altılıq” ölkələri sonuncu müzakirələrdə daha əvvəlki görüşlərlə müqayisədə İrandan tələblərini azaldıb. “Altılıq” ölkələri İranla bağlı əvvəlki mövqeyinə dönməli, Tehranın uranın zənginləşdirilmə fəaliyyətlərini tamamilə dayandırmağı, indiyədək zənginləşdirdiyi uranı başqa bir ölkəyə göndərməyi və Qum şəhəri yaxınlığındakı “Fordo” nüvə obyektini bağlamağı tələb etməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR