Naxçıvan ərazisində 1196 tarixi və arxeoloji abidə pasportlaşdırılıb

Naxçıvan ərazisində 1196 tarixi və arxeoloji abidə pasportlaşdırılıb
# 22 fevral 2012 07:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları Naxçıvan ərazisində daha 11 yeni abidə qeydə alıblar. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bölmənin və Naxçıvan Dövlət Universitetinin bəzi əməkdaşlarının iştirakı ilə 2006-2007-ci illərdə muxtar respublikanın yaşayış məskənlərinin hamısına səfərlər edilib, ərazidə olan tarixi mədəniyyət abidələri qeydə alınaraq ilkin tədqiq edilib, fotoşəkilləri götürülüb, onlar haqqında məlumatlar toplanılıb. Qeydə alınmış abidələr haqqında pasport-qeydiyyat kartları hazırlanıb.
Bu günlərdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları tərəfindən Babək və Ordubad rayonunda yeni qeydə alınan abidələr də pasportlaşdırılıb. Beləliklə, Naxçıvan ərazisində indiyədək 1196 abidə müəyyənləşdirilib və pasportlaşdırılıb. Onlardan 56-sı dünya əhəmiyyətli abidələrdir.
Qeydə alınan tarix və mədəniyyət abidələri Naxçıvanın qədim, eneolit, tunc və dəmir dövrü tarixini öyrənmək üçün olduqca əhəmiyyətlidir və azərbaycanlıların qədim dövrdən bu ərazidə məskən salan aborigenlərdən olduğunu təsdiq edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR