“Bank of Baku” “Facebook” sorğusunda liderdir - FOTO

“Bank of Baku” “Facebook” sorğusunda liderdir - <font color=red>FOTO</font>
# 01 iyun 2012 14:06 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanda marketinq araşdırmaları sahəsində nüfuzlu nəşrlərdən olan “Facemark”ın keçirdiyi bank sorğusunda “Bank of Baku” “Facebook” istifadəçilərinin ən çox səsini toplayan bank olub.

APA-Economics”in xəbərinə görə, www.facemark.az elektron nəşrinin sosial şəbəkə səhifəsində “Hansı bankın fəaliyyətini daha çox bəyənirsiniz” sualına cavab verənlərin 30,2%-i “Bank of Baku”nun adını çəkib.

Beləliklə, “Bank of Baku” sorğuda adı hallanan onlarla yerli bank arasında ən çox səs toplayaraq reytinqin birinci pilləsində qərarlaşıb. Mayın 22-də başlayan sorğuda ümumilikdə 10 000-dən çox “Facebook” istifadəçisi iştirak edib. Sorğuya habelə yüzlərlə şərh verilib.

“Bank of Baku”nun sədr müavini Abbas İbrahimov aparılmış sorğunun nəticələrinin bank üçün mühüm əhəmiyyət daşıdığı qənaətindədir: “Bu sorğunun nəticələri ona görə önəmlidir ki, daha çox gənc insanların istifadəçisi olduğu “Facebook” sosial şəbəkəsində keçirilib. Nəticə bu günün və gələcəyin müştərisi olan gənc nəslin etibarını qazandığımız anlamına gəlir”.

“Bank of Baku” sorğudakı birinciliyi son zamanlar istehlakçıların maraqlarına cavab verən yeni məhsul və xidmətlərin bazara təqdim edilməsi, eyni zamanda mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsinə müştərilərin müsbət reaksiyası kimi qəbul edir.
“Bolkart” kredit kart sahiblərinin durmadan artması, daimi müştərilər üçün imtiyazlı “Dostlar klubu”nun təsis edilməsi, istehlak krediti üzrə müraciətlərin artım dinamikası və digər müsbət tendensiyalar “Bank of Baku” tərəfindən istehlakçıların yüksələn etibarı kimi dəyərləndirilir.

“Bank of Baku”nun xidmət və məhsulları ilə ətraflı şəkildə tanış olmaq istəyənlər bankın 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilər. Eyni zamanda http://www.facebook.com/bankofbaku ünvanlı sosial şəbəkə vasitəsi ilə istənilən sualı vermək olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR