Müsavat Azərbaycanın London Olimpiadasında çıxışını müsbət qiymətləndirir

Müsavat Azərbaycanın London Olimpiadasında çıxışını müsbət qiymətləndirir
# 13 avqust 2012 13:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Divanda Təbriz şəhərində və ətraf bölgələrdə baş verən dəhşətli zəlzələ nəticəsində dünyasını dəyişən soydaşlarımızın xatirəsi yad edilib və zərər çəkmiş bölgələrə yardım imkanları və kompaniyanın formaları haqda müzakirə aparılıb.

Divan XXX Yay Olimpiya Oyunlarının nəticələri də müzakirə edib. Azərbaycanın 2-si qızıl olmaqla ümumilikdə 10 medal qazanması və otuzuncu yerə çıxması müsbət qiymətləndirilib.

Divanda İctimai Palatanın Ağcabədi şöbəsinin təsis edildiyi haqda məlumat verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR