ABŞ-ın “USS Ponce” aviadaşıyıcısı Bəhreyn sahillərinə çatıb
13 iyul 2012 08:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus və dünyanın ən müasir üzən hərbi bazalarından biri olan “USS Ponce” aviadaşıyıcısı artıq Bəhreyn sahillərinə çatıb. APA-nın məlumatına görə, bu barədə “The New York Times” qəzeti xəbər dərc edib.
Məlumatda bildirilir ki, 1966-cı ildə istehsal olunan “USS Poncenin bölgəyə çatması ABŞ donanmasının Hörmüz boğazı ətrafındakı varlığını hiss olunacaq dərəcədə gücləndirib: “USS Ponce” hələlik müdafiə vəzifəsini yerinə yetirəcək. Gəmi İranın Hörmüz boğazını bağlamaqla Bəsrə körfəzindəki fəaliyyətləri öz lehinə dəyişdirmək təhdidlərinə qarşı istifadə edilə biləcək. Eyni zamanda “USS Ponce”də vertolyotlar üçün enmə zolağı, dalğıclar üçün otaqlar, mina təmizləyən gəmilər üçün də yanacaqdoldurma məntəqəsi var.
Qeyd edək ki, ötən həftə ABŞ Hörmüz boğazına “SeaFox” (“Dəniz tülküsü”) pilotsuz sualtı qayıqları da göndərib. ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus 1.2 metr hündürlüyündə və 45 kiloqram ağırlığında olan pilotsuz sualtı qayıqlarının əsas vəzifəsi Hörmüz boğazında suyun altındakı minaların yerini aşkarlayaraq məhv etməkdir. Dənizin altında 300 metr dərinlikdə mina axtaran “SeaFox” sualtı qayıqları lazım gəldiyi təqdirdə aşkarladığı minaları məhv etmək xüsusiyyətinə malikdir. Ancaq yüz min ABŞ dolları dəyərində olan sualtı qayıq minanı partladarkən özünü də məhv edir. Boğaza “SeaFox”larla bərabər, 4 ədəd MH-53 “Sea Dragon” vertolyotu və mina təmizləyən gəmilər də göndərilib. Bundan əlavə, hazırda Fars körfəzində ABŞ-ın “USS Enterprise” və “USS Abraham Lincoln” aviadaşıyıcıları da üzür. Eyni zamanda Ərəbistan dənizində minaaxtaran gəmilərin sayı 8-ə çatdırılıb. Bundan başqa, “USS John C. Stennis” (CVN-7) aviadaşıyıcısının yenidən İran sahillərinə qaytarılmasına qərar verilib. Gəminin bu ilin avqust ayında körfəzə daxil olacağı gözlənilir.

Asiya
Azərbaycandakı "Akıncı" PUA-sı İranda qəzaya düşmüş helikopterin axtarışı üçün hazır vəziyyətdə olub
16:35
21 may 2024
İranın Konstitusiya Keşikçiləri Şurası prezident seçkilərinin tarixini təsdiqləyib
15:29
21 may 2024
Helikopter qəzasında həlak olan İran Prezidenti və digərlərinin cənazələri Təbrizdən Tehrana aparılıb - VİDEO - YENİLƏNİB
15:20
21 may 2024
Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var
14:38
21 may 2024