Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq 0,5% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq 0,5% enib
# 23 fevral 2012 08:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Fevralın 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 12 939 bəndədək, S&P 500 0,3% - 1 358 bəndədək, Nasdaq 0,5% - 2 933 bəndədək enib.

«APA-ECONOMICS»in məlumatına görə, Avropa fond bazarlarında fevralın 22-də FTSE 100 indeksi 0,2% - 5 916 bəndədək, Almaniya DAX-ı 0,9% - 6 844 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 447 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1% artaraq 1 774,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3259 (+0,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR