Bakı-Quba-Rusiya yolunda 2 bacını maşın vurub, onlardan biri hadisə yerində ölüb

Bakı-Quba-Rusiya yolunda 2 bacını maşın vurub, onlardan biri hadisə yerində ölüb
# 02 aprel 2012 14:52 (UTC +04:00)
APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 168-ci kilometrliyində qeydə alınıb. Quba rayon sakini, 1985-ci il təvəllüdlü Kərimov Seyhun Elşən oğlu idarə etdiyi “VAZ 2109” markalı avtomaşınla yolu keçmək istəyən Quba rayon sakinləri - 1974-cü il təvəllüdlü Ziyadova Elvan Maqsud qızını və 1972-ci il təvəllüdlü Məstənova Göyçək Maqsud qızını vurub. E. Ziyadova hadisə yerində dünyasını dəyişib. Onun bacısı G.Məstənova isə ağır bədən xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR