«Buta Sığorta» şirkəti fəaliyyətini gücləndirir

«Buta Sığorta» şirkəti fəaliyyətini gücləndirir
# 30 avqust 2012 13:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Buta Sığorta» şirkəti 2012-ci il ərzində 2 mln. manata yaxın sığorta haqqı toplayacağını proqnozlaşdırır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Abbas Babayev bildirib.

A.Babayevin sözlərinə görə, sığorta şirkətinin yığımlarının həcmi ayda təxminən 20-25% artır: «Təkcə bu ilin yanvar-avqust aylarında yığımların həcmi 1 mln. manata, ödənişləri isə 40 min manata yaxın olub. Yığımların artımı bu templə davam edərsə verilən proqnoz özünü doğruldacaq».

A.Babayev bildirib ki, bu il ərzində yığımlarda ən çox sığorta haqqı «Avtomobillərin KASKO sığortası» növünün payına düşəcək: «Hesablamalara görə, məcmu yığımların təxminən 70-75%-i bu sığorta növünün payına düşəcək. Qalanını isə «Əmlakın yağından və digər risklərdən sığortası» və digər növlər təşkil eedəcək».

A.Babayev həmçinin şirkətin qısamüddətli (6 aylıq) strateji planın da hazırlandığını bildirib. Strategiyada əsas hədəf «retail-satışın» və fərdi müştərilərlə işin gücləndirilməsi, marketinq siyasətinin qurulması, o cümlədən şirkətin bazarda daha çox tanınması üçün PR və reklam işlərinin həyata keçirilməsi olacaq.

A.Babayev növbəti ildən şirkətin 2013-2015-ci illəri əhatə edəcək ortamüddətli strategiyasının hazırlanacağını da qeyd edib.

Qeyd edək ki, «Buta Sığorta» şirkəti 1996-sı ildən «Thames Insurance Group» kimi fəaliyyət göstərib. Bu il iyulun 26-da şirkətin adı dəyişdirilərək «Buta Sığorta»ya çevrilib. Hazırda şirkətin nizamnamə kapitalı 5,8 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR