Türkiyə vətəndaşı Abşeron rayonunda qaz balonunun partlaması nəticəsində xəsarət alıb

Türkiyə vətəndaşı Abşeron rayonunda qaz balonunun partlaması nəticəsində xəsarət alıb
# 08 iyun 2012 10:32 (UTC +04:00)
Bakı-APA. Abşeron rayonunda qaz balonunun partlaması nəticəsində yanğın baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə iyunun 7-də saat 18.25 radələrində Abşeron rayonunda kirayədə yaşayan Türkiyə vətəndaşı Ucan Aybanın evində qeydə alınıb. Məişətdə istifadə olunan qaz balonunun partlaması nəticəsində baş verən yanğın nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, Ucan Ayban isə xəsarət alıb. Ucan Ayban xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR