Yaxın 20 ildə dünyada 500 min pilot çatışmayacaq

Yaxın 20 ildə dünyada 500 min pilot çatışmayacaq
# 16 iyul 2012 09:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dünyanın aviasiya daşımalar sənayesində qarşıdakı 20 il ərzində pilotlara böyük ehtiyac yaranacaq.

APA-Economics”in xəbərinə görə, ABŞ-ın təyyarə istehsalçısı olan «Boeing» şirkətinin araşdırmalarına əsasən aviaşirkətlərin öz təyyarə parkını genişləndirməsi planlarını nəzərə alanda 20 il ərzində 500 min pilot çatışmayacaq.

Ən çox pilot qıtlığı Asiya şirkətlərində hiss olunacaq. Bundan başqa, «Boeing»in proqnozlarına əsasən aviasiya şirkətləri təyyarələrə xidmət personalının sayını da 600 min nəfər artırmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR