AXCP-nin sədr müavini Müsavat Partiyasını hədələyib: “Bizim də səbrimizin həddi var”

AXCP-nin sədr müavini Müsavat Partiyasını hədələyib: “Bizim də səbrimizin həddi var”
# 30 avqust 2012 12:29 (UTC +04:00)
Hətta bu, AXCP-nin özünə ziyan vursa belə, xalqın naminə, 2013-cü ildə keçiriləcək prezident seçkilərində müxalifətin bir olması naminə qarşılıqlı ittihamlardan kənar dururuq. Amma bu, o demək deyil ki, biz bu və ya digər şəkildə səsləndirilən fikirlərlə razılaşırıq. Sadəcə olaraq biz bu məsələləri zamanın öhdəsinə buraxırıq və Müsavat Partiyası ilə də müttəfiqliyimizi davam etdirmək niyyətindəyik”. Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Razi Nurullayev deyib.

O, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının İsa Qəmbərin müxalifətin lideri, müxalifətin ən layiqli namizədi olması barədə dediklərinə münasibət bildirərkən qeyd edib ki, müxalifət üçün hazırda əsas məsələ bunu müəyyənləşdirmək deyil: “AXCP hələ ki, səbir nümayiş etdirir, çox ciddi şəkildə səbir ortaya qoymuşuq. Bu səbir isə bizə ciddi əsəb, ciddi sarsıntılar hesabına başa gəlir. Amma biz sarsıntılara, açıqlamalara dözürük və dözmək də niyyətindəyik. Hesab edirik ki, bizim müttəfiqlərimiz, dostlarımız da daha mütərəqqi, nizamlı düşünməyə məcbur olmalıdırlar. Əks halda, AXCP-də də müxtəlif düşüncəli insanlar var... Hansı ki, onların da içərisində istəkləri var. Lakin bu istəkləri çox vaxt partiya onların içərisində boğur. Amma bu, nə vaxta qədər davam edə bilər?! Hələ ki, dözüm nümayiş etdiririk, etdirməkdə davamlıyıq. İndi bizim üçün prioritet məsələ hakimiyyət dəyişikliyidir, kimin namizəd olması indi önəm kəsb etmir. Namizəd üzərində fokuslaşmanı ziyanlı hesab edirik. Bu cür hərəkətlər müxalifətin özünə qarşı yönəlmiş addımlardır. İndi bu addımlar kimlər tərəfindən yönləndirilir, özləri cavabını versinlər. Hələ ki, AXCP səbir nümayiş etdirir, amma səbrin də bir həddi var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR