İraqda həbs olunmuş Rusiya vətəndaşları azadlığa buraxılıb

İraqda həbs olunmuş Rusiya vətəndaşları azadlığa buraxılıb
# 28 may 2012 15:22 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. İraqda həbs olunmuş Rusiya vətəndaşları azadlığa buraxılıb. APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin “Twitter” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayılıb. Məlumatda bildirilib ki, 8 gün əvvəl İraqda həbs olunmuş Rusiya vətəndaşları bu gün Moskva vaxtı ilə saat 20:00-da Moskvada olacaqlar. Onlar Bağdaddan İstanbula, oradan da Moskvaya uçacaqlar: “Bu gün, mayın 28-də rusiyalı mototuristlər İraq ərazisini tərk ediblər. Onlar Bağdad-İstanbul-Moskva reysi ilə yerli vaxtla saat 20:00-da Moskvada olacaqlar”.

Qeyd edək ki, mayın 20-də Rusiya vətəndaşları, mototuristlər Oleq Kapkayev, Aleksandr Vardanyants, Oleq Maksimov və Maksim İqnatyev İraq ərazisində hərbi geyimli şəxslər tərəfindən həbs olunublar. Onların casusluqda və saxta viza düzəltməkdə ittiham olunduqları bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR