Qarabağın folkloruna dair 3 Folklor Antologiyası tərtib ediləcək

Qarabağın folkloruna dair 3 Folklor Antologiyası tərtib ediləcək
# 04 iyun 2012 15:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Son illər Azərbaycandakı məcburi köçkünlər arasında ən geniş yayılan foklor janrı bayatıdır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru Muxtar İmanov bildirib. Onun sözlərinə görə, bayatının daha geniş yayılması məcburi köçkünlərin torpaq , yurd həsrətindən irəli gəlir: “Məcburi köçkünlər arasında yeni tipli oxşamalar da geniş yayılıb. Adətən oxşamalar övladla bağlı olur. Son illər yaranan oxşamalar isə itirilmiş torpaqlarla, şəhidlərlə bağlıdır. Bu, çox maraqlı bir nüansdır və xüsusi tədqiqata ehtiyacı var”.

M. İmanov bildirib ki, rəhbərlik etdiyi qurum Qarabağın folklorunun öyrənilməsi ilə bağlı tədqiqatları genişləndirib. Hazırda Folklor İnstitutunun əməkdaşları Ağcabədi, Tərtər və Bərdədə folklor ezamiyyətindədirlər. Toplanılan məlumatlar əsasında Qarabağın folkloruna dair 3 Folklor Antologiyası tərtib ediləcək, “Qarabağ musiqi albomu” buraxılacaq. Payızda isə “Qarabağın folkloru və etnoqrafiyası” mövzusunda konfrans keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR