Qəbələ sakini yol qəzasında ölüb

Qəbələ sakini yol qəzasında ölüb
# 06 noyabr 2012 09:12 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ rayonu ərazisində ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 80-ci kilometrliyində, Qəbələnin Mirzəbəyli kəndi ərazisində qeydə alınıb.

Mirzəbəyli kənd sakini, 1969-cu il təvəllüdlü Sərkərov Nüsrət Firudin oğlu idarə etdiyi 10 BP 459 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik maşınını yoldan çıxararaq ağaca çırpıb. Hadisə nəticəsində sürücü aldığı ağır bədən xəsarətləri səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, kapitan Nüsrət Sərkərov Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin manqa şturmanı olub. Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR