Azərbaycanın birinci xanımı “İlin first lady”si seçilib

Azərbaycanın birinci xanımı “İlin first lady”si seçilib
# 27 aprel 2012 15:01 (UTC +04:00)
APA-nın jurnalın saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın birinci xanımı jurnalın xüsusi mükafatçıları (Onur Ödülü) sırasındadır.

Qaliblərin mükafatlandırılması mərasiminin bu ilin iyun ayında İstanbulda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Türkiyənin “Ekovitrin” iqtisadi və iş dünyası jurnalının on birinci dəfədir keçirdiyi ənənəvi “İlin adamları” sorğusunda bu il rekord sayda respondent iştirak edib.
2011-ci ilin qaliblərinin seçilməsi üçün 251.562 səs verilib.
Sorğuda 34 kateqoriya üzrə 102 namizədin adı olub. İki ay yarım davam edən sorğu jurnalın çap və internet versiyasında keçirilib.
Jurnalın 2011-ci ildəki digər xüsusi mükafatçıları isə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmeleddin İhsanoğlu və London Bələdiyyə Başqanı Boris Jonsondur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR