Azərbaycan yanvarda elektrik enerjisi istehsalını 16% artırıb

Azərbaycan yanvarda elektrik enerjisi istehsalını 16% artırıb
# 06 fevral 2012 13:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın enerji sistemində 2,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu, 2011-ci ilin yanvarına nisbətən 15,8% artıqdır. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yanvarda istehsal edilən enerjinin 2 mlrd. kVt/saatdan çoxu istilik elektrik stansiyaları (İES), 0,2 mlrd. kVt/saatı su elektrik stansiyalarının (SES) payına düşür.

«Bununla yanaşı, ay ərzində Rusiya, Türkiyə, Gürcüstan və İran ilə elektrik enerjisi mübadiləsi davam etdirilib», - deyə məlumatda bildirilir.

Xatırladaq ki, 2011-ci il ərzində isə ölkə enerji sistemində 20 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR