“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtın bütün poçt şöbələri gücləndirilmiş iş rejiminə keçib

“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtın bütün poçt şöbələri gücləndirilmiş iş rejiminə keçib
# 19 may 2012 09:34 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, müsabiqə keçirilən günlərdə Bakının mərkəzi hissələrində fəaliyyət göstərən poçt şöbələri gecə saat 00:00-dək fəaliyyət göstərəcək. Poçt işçiləri ingilis dili biliklərini təkmilləşdirib və onlar xarici qonaqlara poçt xidmətləri göstərmək iqtidarındadır.

Artıq Bakıda gələn xarici qonaqlar mərkəzi poçt, 1, 73 və 6 saylı poçt şöbələrinin xidmətlərindən istifadə edərək xidmətdən razı qalıb. Qonaqların bəziləri öz ölkələrinə Bakıdan aldıqları suvenirləri poçt bağlaması ilə göndərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR