Azərbaycanda aspirantlar üçün yaşayış evləri tikiləcək
24 aprel 2012 08:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda aspirantlar üçün xüsusi yaşayış evinin tikilməsi təklifinə hökumət müsbət rəy verib. Hazırda bununla bağlı yer seçimi və maliyyə məsələsi müzakirə olunur. Çox güman ki, bu məsələ müsbət həllini tapacaq”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib.
M. Kərimov bildirib ki, hələlik əsas problem aspirantlar üçün tikiləcək binanın yerinin müəyyən olunmasıdır: “Təbii ki, bu Bakı ərazisində olacaq. İlk növbədə yüz ailənin evlə təmin olunması nəzərdə tutulur. Əsas bu işə başlamaqdır. Sonra iş davam etdiriləcək”.
AMEA prezidenti qeyd edib ki, hazırda akademiya sistemində mənzilə ehtiyacı olan bütün mütəxəssisləri evlə təmin etmək mümkün deyil: “Təbii ki, onlar üçün həm yataqxana, həm də daimi yaşayış evləri olmalıdır. Hazırda mənzilə təkcə gənclərin deyil, yaşlı alimlərin də ehtiyacı var. Onların sayı yüzlərlədir”.

Sosial
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib
19:11
6 may 2024
DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər
18:06
6 may 2024
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
16:38
6 may 2024
Magistraturaya qəbul olmaq istəyənlərə şad xəbər: UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb
16:27
6 may 2024