Azərbaycan Nəqliyyat Nazirliyində “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı müşavirə keçirilib

Azərbaycan Nəqliyyat Nazirliyində “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı müşavirə keçirilib
# 23 may 2012 12:02 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyində “Evrovision-2012” mahnı müsabiqəsi ilə bağlı müşavirə keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, nazir müavini Musa Pənahovun rəhbərliyi ilə keçirilən müşavirədə nazirliyin müvafiq qurumlarının rəhbərləri iştirak edib.

Nazir müavini müsabiqə ilə əlaqədar olaraq bu günədək görülmüş işlərdən danışıb, bu günlərdə Bakıya gələn istər rəsmi qonaqların, istər turistlərin və azarkeşlərin, istərsə də akkreditasiyadan keçmiş KİV nümayəndələrinin əvvəlcədən tərtib olunmuş hərəkət sxemlərinə uyğun olaraq daşınmasının təşkili ilə bağlı görülən işlərin yekunları barədə müşavirə iştirakçılarına ətraflı məlumat verib.

Sonra müsabiqə ilə bağlı Tədbirlər Planına müvafiq olaraq həyata keçirilən tədbirlərə məsul olan şəxslər hər biri ayrılıqda cavabdeh olduğu sahə üzrə məruzələr ediblər. Müşavirədə 22 may tarixində müsabiqənin 1-ci yarımfinalının keçirilməsi və həmin istiqamətdə daha çox insan axınının olması nəzərə alınaraq bununla bağlı konkret tapşırıqlar verilib, avtobus və taksi sürücülərinin təlimatlandırılması ilə bağlı məsələlər nəzərdən keçirilib və yarımfinala bileti olan vətəndaşların əvvəlcədən nəzərdə tutulan məntəqələrdə nəqliyyat vasitələrindən enmələri ilə bağlı maarifləndirmə işinin zəruriliyi ilə bir daha qeyd edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR