Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında çıxış edib
18 oktyabr 2012 12:22 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Belçikanın Antverpen şəhərində keçirilən Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında çıxış edib. Şuradan APA-ya verilən məlumata görə, oktyabrın 17-19-u tarixlərində baş tutacaq toplantının ikinci günü Alyansa üzv ölkələrin Mətbuat Şuraları rəhbərlərinin hesabat məruzələri dinlənilib. Ə.Amaşov əsasən rəhbərlik etdiyi qurumun şikayətləri araşdırma mexanizmləri, mövcud istiqamətdəki statistika barədə məlumat verib. Dünyada yeni medianın təşəkkül tapması ilə əlaqədar bu tip vasitələrindən olan şikayətlərdə rastlaşılan spesifik motivlərə toxunub.
Avropa Mətbuat Şuraları Alyansının 10 illik fəaliyyətinə həsr olunmuş müzakirələrdə mətbuat şuralarının dünyada dəyişməkdə olan media reallıqlarına adekvat fəaliyyət göstərməsinin zəruriliyi önə çəkilib.
«Mediada etik normalar, peşə fəaliyyəti ilə bağlı əxlaqi dəyərlər», «Media azadlığı Avropa İnsan Hüquqları Konvensiyasının tərkib hissəsi kimi» və sair mövzularda davam edən diskussiyalarda iştirakçıların müasir jurnalistikanın yaradıcılıq xüsusiyyətlərinə dair gətirdikləri konkret misallar ətrafında fikir mübadiləsi aparılıb.
Toplantının sabaha nəzərdə tutulmuş proqramında tədbirin yekun sənədinin müzakirəsi və qəbulu, həmçinin Alyansının növbəti toplantı məkanının dəqiqləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında Ə.Amaşovla yanaşı qurumdan olmayan kənar dəyərləndirici ekspert qismində Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edir.

Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024