Azərbaycanda plastik kartların pensiyaçılara çatdırılmasını DSMF-nin şöbələri yerinə yetirməyəcək

Azərbaycanda plastik kartların pensiyaçılara çatdırılmasını DSMF-nin şöbələri yerinə yetirməyəcək
# 13 aprel 2012 09:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda pensiyaların plastik kartlar vasitəsilə ödənilməsi sisteminin təkmilləşdirilməsi, o cümlədən xidmətin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə şəffaflığın daha da artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondu (DSMF) ölkənin bütün ödəniş təşkilatları arasında açıq tender keçirib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, tender proseduru Maliyyə, İqtisadi İnkişaf nazirlikləri və Satınalmalar üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə 69 lot üzrə keçirilib.

Tenderdə iştirak edən ödəniş təşkilatları qarşısında bir sıra yeni tələblər qoyulub. Belə ki, artıq plastik kartların pensiyaçılara çatdırılmasını DSMF-nin şöbələri yerinə yetirməyəcək, həmin proses bilavasitə tenderdə qalib gələn bankın filialı tərəfindən icra olunacaq.

Bununla əlaqədar pensiyaçılar müvafiq ərazi üzrə bank filialına müraciət etməklə öz plastik kartlarını əldə edə bilərlər. Bank filialı tərəfindən plastik kart şəxsiyyət vəsiqəsi əsasında pensiyaçıya şəxsən və ya onların nümayəndələrinə pensiyaçının bu məqsədlə notarial qaydada təsdiqlənmiş etibarnaməsi əsasında çatdırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR