Rövnəq Abdullayev: «Azərbaycan Transxəzər layihəsində iştirak etmir»

Rövnəq Abdullayev: «Azərbaycan Transxəzər layihəsində iştirak etmir»
# 04 aprel 2012 09:17 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Transxəzər boru kəmərinin tikintisi ilə bağlı Azərbaycan və Türkmənistan arasında razılıq əldə olunması ilə bağlı xarici mətbuatda yayılan məlumatlara münasibətini bildirərkən deyib.

ARDNŞ rəhbərinin sözlərinə görə, layihənin reallaşdırılması Türkmənistan və Avropa İttifaqının işidir, Azərbaycan burada ən yaxşı halda tranzit ölkə kimi çıxış edə bilər: «Bunlar danışıb, razılığa gələndən sonra biz baxacağıq ki, onlara tranzit ölkə kimi hansı ərazini verəcəyik və s. Biz orada bir tərəfdaş kimi çıxış etmirik. Bizim orada nə qazımız, nə də başqa maraqlarımız var ki, biz bu layihədə iştirak edək».

R.Abdullayev qeyd edib ki, Azərbaycan bu layihəyə bir müşahidəçi kimi baxır və tranzit ölkə kimi öz ərazisini bu layihə üçün verilib-verilməməsinə isə gələcəkdə baxılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR