Azərbaycan Dövlət Sərhəd Xidməti: İranın Naxçıvanla sərhədi bağlaması barədə məlumatlar doğru deyil

Azərbaycan Dövlət Sərhəd Xidməti: İranın Naxçıvanla sərhədi bağlaması barədə məlumatlar doğru deyil
# 31 may 2012 11:18 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

DSX-dən bildirilib ki, sərhəd keçid məntəqələrində nə ötən gün, nə də bu gün heç bir problem olmayıb: “Sərhədin bağlanması barədə yayılan məlumatlar doğru deyil. Sərhəd keçid məntəqələri normal, adi günlərdə olduğu qaydada işləyir”.

Qeyd edək ki, İran KİV-ləri mayın 30-dan Naxçıvanla sərhədin bağlandığı barədə xəbər yayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR