Azərbaycanda sahibkarlar üçün vahid məlumat portalı yaradılıb

Azərbaycanda sahibkarlar üçün vahid məlumat portalı yaradılıb
# 16 fevral 2012 12:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın vaxtlarda Azərbaycanda sahibkarlar icazələrin verilmə və qüvvədə olma müddətlərinə dair bütün məlumatları vahid mənbədən əldə edə biləcəklər. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

N.Səfərovun sözlərinə görə, son 8-9 il ərzində Azərbaycanda sahibkarlıq sahəsinə ciddi diqqət yetirilir və 2011-ci ildə də sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən olub. «Ötən il sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, özəl sektora dövlət dəstəyinin artırılması, sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığa əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilib, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri yaradılıb», - deyə nazir müavini bildirib.

N.Səfərov qeyd edib ki, yaxın vaxtlarda Yaxın vaxtlarda Azərbaycanda fəaliyyət göstərən sahibkarlar üçün internet portal istifadəyə veriləcək: «Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı əks etdirən internet portalı sahibkarların icazələr haqqında ətraflı məlumatlandırılmasını təmin edəcək, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər, öz fəaliyyətini genişləndirmək istəyən sahibkarlar tələb olunan icazə xarakterli sənədlər, onların alınması proseduraları, təqdim edilməli sənədlər, icazələrin verilmə və qüvvədə olma müddətlərinə dair bütün məlumatları vahid mənbədən əldə edə biləcək».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR