Can Bonomo: “Azərbaycan bu gün dünyanın bir araya gəldiyi məkandır” - FOTO

Can Bonomo: “Azərbaycan bu gün dünyanın bir araya gəldiyi məkandır” - <font color=red>FOTO</font>
# 17 may 2012 15:24 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. “Azərbaycan bu gün dünyanın bir araya gəldiyi məkandır. Bakıya səfər edən insanların arasında olduğum üçün özümü şanslı hesab edirəm. İmkan edib şəhər gəzintisinə çıxmışam və şəhər sakinləri ilə səmimi ünsiyyətdə olmuşam”. Bu sözləri APA-ya açıqlamasında “Baku Crystal Hall” səhnəsində Türkiyəni “Love me back” mahnısı ilə təmsil edəcək Can Bonomo deyib. Can Bakıdan Türkiyəyə geri dönərkən çoxlu hədiyyələr alacağını açıqlayıb. Şousuna gəlincə, ifaçı bildirib ki, uğur qazanmaq üçün canı-dildən çalışır: “Nəticə ilə bağlı nəsə demək hələ çox tezdir. Əsas məsələ musiqiləri yarışdırmaq deyil, bütün bayraqları yan-yana toplayıb qardaşlıq mövqeyi göstərmək və bunu ürəkdən etməkdir. Gözəl və istiqanlı Bakıda “Eurovision” çox əyləncəli keçir və düşünürəm ki, hər kəs öz ölkəsini çox gözəl şəkildə təmsil edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR