Azərbaycanın ilk gibrid elektrik stansiyası ümumi şəbəkəyə qoşulacaq

Azərbaycanın ilk gibrid elektrik stansiyası ümumi şəbəkəyə qoşulacaq
# 27 sentyabr 2012 10:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın vaxtlarda Azərbaycanın Qobustan Alternativ Enerji üzrə Təcrübə-Sınaq Mərkəzində fəaliyyət göstərən alternativ və bərpa olunan gibrid elektrik stansiyası ümumi şəbəkəyə qoşulacaq. «APA-Economics»in xəbərinə görə, bu barədə Sənaye və Energetika Nazirliyinin Aparat rəhbəri Rasim Məmmədov məlumat verib.

R.Məmmədovun sözlərinə görə, stansiyanın ümumi gücü 5 MVt təşkil edir. Hazırda burada istehsal olunan elektrik enerjisinin satış tarifləri müəyyənləşdirilir.

Qeyd edək ki, hazırda poliqonun layihə gücünün 2,7 MVt-ı külək enerjisi, 1,8 MVt-ı günəş panelləri, 1 MVt-ı isə bioqaz və biokütlədən əldə olunan enerjinin payına düşür. Əsas məqsəd – ilk növbədə Qobustanın rayon mərkəzini, daha sonra isə bütün rayon ərazisini bərpa olunan enerji ilə təmin etməkdir. Hazırda poliqonda inzibati binaların enerji təminatı günəş panelləri hesabına həyata keçirilir. Hazırda Qobustan rayonunda pik saatlarda istifadə olunan enerji 1,5 MVt təşkil edir. Cəmi rayon üzrə isə bu göstərici 4 MVt-dır. Perspektivdə dördüncü külək turbini quraşdırıldıqdan sonra poliqonun istehsal gücü 8 MVt-a çatacaq. Bu isə bütövlükdə Qobustan rayonunu bərpa olunan enerji ilə tam təmin etməyə, həmçinin əlavə enerji satışına şərait yaradacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR