Gürcüstan xaric işlər nazirinin müavini: “Dağlıq Qarabağ münaqişəsi bölgədəki təhlükəsizliyə əngəldir”

Gürcüstan xaric işlər nazirinin müavini: “Dağlıq Qarabağ münaqişəsi bölgədəki təhlükəsizliyə əngəldir”
# 11 iyun 2012 12:55 (UTC +04:00)
Bakı – APA. “Dağlıq Qarabağ münaqişəsi bölgədə təhlükəsizliyin möhkəmlənməsinə əngəl təşkil edir”. APA-nın “Qruziya Online” xəbər portalına istinadən verdiyi məlumata görə, bu sözləri Tiflisdə keçirdiyi ənənəvi brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze deyib. O bildirib ki, bölgədə təhlükəsizlik kövrəkdir, beynəlxalq ictimaiyyət və bütün region dövlətləri bunu çox gözəl bilir: “Mən əminəm ki, bütün münaqişə tərəfləri bu problemin nə qədər mürəkkəb olduğunu, bölgə üçün necə nəticələnəcəyini və ölkələrin inkişafı baxımından nə qədər ağrılı bir məsələyə çevrilə biləcəyini dərk edirlər. Ona görə də mən əminəm ki, hər iki ölkə situasiyanın qiymətləndirilməsində adekvat davranacaq və təhlükəsizliyin təmin olunması üçün hər cür tədbiri görəcək”.

N. Kalandadze Gürcüstanın həm Azərbaycan, həm də Ermənistanda intensiv əlaqələrə malik olduğunu söyləyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR