Bakıda xeyli miqdarda pul və zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər tutulub

Bakıda xeyli miqdarda pul və zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər tutulub
# 13 iyun 2012 08:40 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Nəsimi rayonunda oğurluqda şübhəli bilinən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Rəna Orucovanın mənzilindən açar seçmə yolu ilə içərisində 3000 dollar və qızıl-zinət əşyaları olan seyf oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Anar Nəzərov və Mehriban Cabbarova saxlanılıb. Onların üzərinə baxış keçirilən zaman A. Nəzərovda 9 qramdan artıq tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR