AXCP sədri Əli Kərimli Bakı Şəhər Baş Polis İdarəsini tərk edib - FOTO

AXCP sədri Əli Kərimli Bakı Şəhər Baş Polis İdarəsini tərk edib - <font color=red>FOTO</font>
# 26 may 2012 12:10 (UTC +04:00)
APA-nın məlumatına görə, Ə.Kərimli jurnalistlərə açıqlama vermədən ərazidən uzaqlaşıb.

Qeyd edək ki, Ə.Kərimli idarəyə girməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi ki, ötən gün axşam mülki geyimdə olan şəxslər onun yaşadığı evin qapısını döysələr də, açmayıb. Bundan sonra mətbuat və hüquq müdafiəçiləri hadisə barədə məlumatlandırılıb. «Səhər saatlarında isə polis mayoru İsmayıl Əliyevin imzası ilə mənə çağırış vərəqəsi gəldi, Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunmuşam», - deyən Ə.Kərimli heç bir qanun pozuntusuna yol vermədiyini bildirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov isə APA-nın sorğusuna cavab olaraq bildirib ki, dünən şəhərin mərkəzində, Milli Parka yaxın ərazidə ictimai qaydanı və asayişi kobud şəkildə pozmağa cəhd edən və polis tərəfindən saxlanılan şəxslərdən bir neçəsi öz izahatlarında onları bu işə AXCP sədri Əli Kərimlinin təhrik etdiyini deyib: “Buna görə Əli Kərimlinin özünün də polisə çağırılaraq izahat verməsi zərurəti yaranıb. Əli Kərimli telefon zənglərinə cavab vermədiyinə görə iki polis əməkdaşı dünən axşam saatlarında onun yaşadığı ünvana gedərək çağırış vərəqəsi təqdim etmək istəyib. Lakin mənzilin qapısını heç kim açmayıb. Bu gün səhər saatlarında iki polis əməkdaşı yenidən bir neçə dəfə həmin ünvana baş çəkib, nəhayət saat 09.40 radələrində çağırış vərəqəsini ona təqdim ediblər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR