Ukrayna Azərbaycanlıları Konqresinə yeni sədr seçilib

Ukrayna Azərbaycanlıları Konqresinə yeni sədr seçilib
# 07 iyul 2012 17:05 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Ukraynanın Kiyev şəhərində “Bütün təşkialtları birləşdirək, azərbaycançılıq ideyası uğrunda bir olaq” adı altında konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransın gündəliyində Ukrayna Azərbaycanlıları Konqresinə yeni sədrin seçilməsi məsələsi olub. Bu posta dörd nəfərin namizədliyi irəli sürülüb.

Konfransda Azərbaycanın Ukrayndakı səfiri Eynulla Mədətli, müxtəlif ölkələrdən diaspora fəalları, xüsusi qonaqlar iştirak ediblər.

Namizədlər arasından “Demokratiyanın nəbzi” Beynəlxalq İctimai Təşkilatının sədri Hikmət Cavadov Ukrayna Azərbaycanlıları Konqresinə yeni sədr seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR