Şirvan sakini intihara cəhd edib

Şirvan sakini intihara cəhd edib
# 31 iyul 2012 11:22 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan şəhərində intihara cəhd edilib. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 13.00 radələrində qeydə alınıb. Şirvan sakini, 40 yaşlı qadın özünü Baş Şirvan kollektoruna atmaq istəyib. Şəxsiyyəti hələ ki, dəqiqləşdirilməyən qadın Şirvan kollektorunun dəmir səddini keçərək özünü kanala atmaq istəyərkən Şirvan şəhər Polis şöbəsinin əməkdaşlarının səyi nəticəsində saxlanılıb. İlkin ehtimallara görə qadının intihar etməsinə səbəb ailədə baş verən münaqişə olub. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR