Əlaəddin Burucerdi: “Kanada Tehrandakı səfirliyini bağlamaqla ABŞ və İsrailin siyasətini yürütmüş oldu”

Əlaəddin Burucerdi: “Kanada  Tehrandakı səfirliyini bağlamaqla ABŞ və İsrailin siyasətini yürütmüş oldu”
# 12 sentyabr 2012 08:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “Kanada hökuməti ABŞ və İsrailin İrana qarşı siyasətini yürüdərək Tehrandakı səfirliyini bağladı”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu fikirləri İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının rəhbəri Əlaəddin Burucerdi deyib. O bildirib ki, Kanada hökumətinin siyasi quruluşuna ABŞ və İsrailin xeyli təsiri və nüfuzu var: “ Kanada Tehrandakı səfirliyini bağlamaqla ABŞ və İsrailin siyasətini yürütdü. Bu ölkələrin Kanada hökumətinin siyasətinə müdaxilə etməsini isbat edən bir çox dəlil və sənəd var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR