Hacı Məmmədov ailə üzvləri ilə görüşməkdən imtina edib

Hacı Məmmədov ailə üzvləri ilə görüşməkdən imtina edib
# 03 oktyabr 2012 15:29 (UTC +04:00)
E. Behbudovun APA-ya verdiyi məlumata görə, monitorinq zamanı təcridxananın yeməkxanasına, hamamına baxış keçirilib, saxlanılan şəxslərin saxlanma şəraiti yoxlanılıb: “Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında şəkərli diabetdən əziyyət çəkən şəxslər üçün ayrıca yemək hazırlanır. Mən orada saxlanılan şəxslərdən üç nəfərlə görüşdüm. Özlərini təqsirli bilirlər. Hər hansı şikayətləri olmadı”.

E. Behbudov orada saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla da maraqlandığını deyib: “Mənə bildirdilər ki, Hacı Məmmədov artıq ailə üzvləri ilə də görüşməkdən imtina edib. Çünki ailə üzvləri gəlib ona ailədaxili məsələləri danışırlar. O da əsəbiləşir, şəkəri qalxır. Buna görə də ailə üzvləri ilə, ümumiyyətlə heç kimlə görüşmək istəmir. Həmçinin orada saxlanılan “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidovla da maraqlandım. Bildirdilər ki, Elnur Seyidov həkim nəzarətindədir. Vəkili tez-tez ona baş çəkir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR