Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,8% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,8% enib
# 09 oktyabr 2012 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 13 584 bəndədək, S&P 500 0,4% - 1 456 bəndədək, Nasdaq 0,8% - 3 112 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsi Beynəlxalq Valyuta Fondunun icmalının dərc edilməsindən sonra baş verib. Belə ki, icmalda 2012-ci il üçün dünya iqtisadiyyatının artım tempi 3,3% səviyyəsində proqnozlaşdırılır, bu isə əvvəlki proqnozdan 0,2 faiz bəndi aşağıdır.

Avropa fond bazarlarında oktyabrın 8-də FTSE 100 indeksi 0,5% - 5 842 bəndədək, Almaniya DAX-ı 1,4% - 7 291 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3 407 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,02% artaraq 1 781,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2984 (-0,4%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR