Ukrayna MSK səslərin 85%-dən çoxunu hesablayıb

Ukrayna MSK səslərin 85%-dən çoxunu hesablayıb
# 30 oktyabr 2012 03:45 (UTC +04:00)
Bakı – APA. Ukraynada keçirilən parlament seçkilərində proporsional sistem üzrə səslərin 85 faizindən çoxu sayılıb. APA-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, proporsional sistem üzrə bülletenlərin 85,19%-i hesablandıqdan sonra prezident Viktor Yanukoviçin Regionlar Partiyasının 32,00%, Yuliya Timoşenkonun “Batkivşina” (Vətən) Ümumukrayna Birliyi ətrafında birləşmiş müxalifətin 24,08%, iqtidaryönlü Kommunist Partiyasının 13,94%, məşhur boksçu Vitali Kliçkonun müxalif “UDAR” Partiyasının 13,44%, radikal müxalifətçi və ultramillətçi “Svoboda” Ümumukrayna Birliyinin isə 9,52% səs aldığı açıqlanıb. Digər partiyalar 5%-lik minimum baryeri keçə bilməyiblər.

Qeyd edək ki, Ukrayna parlamenti 450 deputatdan ibarətdir. Onların yarısı proporsional, yarısı isə majoritar sistem üzrə seçilir. Majoritar dairələrdə Regionlar Partiyasının namizədləri böyük üstünlüyə malikdir. Yeni hökuməti kommunistlərin dəstəyi ilə Regionlar Partiyasının formalaşdıracağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR