İran ABŞ-ın pilotsuz casus təyyarəsini hərbi paradda nümayiş etdirəcək

İran ABŞ-ın pilotsuz casus təyyarəsini hərbi paradda nümayiş etdirəcək
# 09 fevral 2012 07:29 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran ələ keçirdiyi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsini nümayişə çıxaracaq. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Hava-Kosmik Qüvvələri tərəfindən təmir edilərək işlək vəziyyətə gətirilib. Təyyarə fevralın 11-də 1979-cu il İran İslam İnqilabının 33-cü ildönümü münasibətilə keçiriləcək hərbi paradda nümayiş olunacaq.

Xatırladaq ki, ötən il dekabrın 4-də İran Silahlı Qüvvələri ölkənin şərqində, Əfqanıstan sərhədindən təxminən 225 km içəridə, Kaşmar şəhəri yaxınlığında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsini ələ keçirib. Bir müddət sonra İran dövlət televiziyası təyyarənin videogörüntüsünü nümayiş etdirib. ABŞ prezidenti Barak Obama İrandan təyyarəni geri qaytarmağı tələb edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR