Azərbaycanda qəzalı vəziyyətə düşən körpünün əsaslı təmirinə başlanılıb

Azərbaycanda qəzalı vəziyyətə düşən körpünün əsaslı təmirinə başlanılıb
# 08 may 2012 14:45 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, artıq bu gündən körpünün dayaqlarının təmiri işlərinə başlanılıb, hazırda dayaqların yenidən gücləndirilməsi istiqamətində işlər aparılır.

P.Mürsəliyev bildirib ki, körpünün qəzalı olması səbəbindən Gəndob-Quba yolunda avtomobillərin hərəkəti tam dayandırılıb: «Bakıdan Qubaya və Rusiya Federasiyası sərhədinə gedən avtomobillər Xaçmaz rayonundan keçməklə hərəkət edir. Körpünün nə vaxt istifadəyə veriləcəyi isə hələlik məlum deyil».

Qeyd edək ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb. Nazirliyin məlumatında bildirilir ki, Quba rayonunda, Bakı-Quba yolunun 146-cı kilometrliyində Vəlvələ çayı üzərindən keçən, uzunluğu təxminən 120 m, eni 10 m olan körpü qəzalı vəziyyətə düşdüyündən, hər iki istiqamətdə hərəkət dayandırılıb. Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR