Bakıdakı 23 saylı orta məktəbdə İkinci Dünya müharibəsi veteranları ilə görüş keçirilib

Bakıdakı 23 saylı orta məktəbdə İkinci Dünya müharibəsi veteranları ilə görüş keçirilib
# 07 may 2012 14:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bakı şəhərindəki 23 saylı orta məktəbdə İkinci Dünya müharibəsi veteranları ilə görüş və müharibə mövzusunda foto-sərgi keçirilib. APA-nın xəbərinə görə, Rusiya səfirliyi, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi və 23 saylı məktəb tərəfindən təşkil olunan tədbirdə müharibə illəri və qələbə günü ilə bağlı fotolar nümayiş etdirilib.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, tarixin bu anlarını xatırlamaq çox vacibdir: “Böyük qələbə olmasaydı, Rusiya və Azərbaycan da olmazdı. Mən şadam ki, bu və digər tədbirləri biz qarşılıqlı anlayış və ümumi tarixi qiymətləndirmə ruhunda keçiririk”.

Qeyd edək ki, 23 saylı məktəbin iki məzunu müharibədə göstərdikləri şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR