İran müxalifətinin lideri Mirhüseyn Musəvi xəstəxanaya yerləşdirilib

İran müxalifətinin lideri Mirhüseyn Musəvi xəstəxanaya yerləşdirilib
# 24 avqust 2012 12:54 (UTC +04:00)
APA-nın məlumatına görə, ev dustaqlığında saxlanılan “Yaşıl hərəkat”ın liderinin ürəyində ciddi ağrıların yaranıb.

Tehran şəhərindəki xəstəxanalardan birinə çatdırılan İran müxalifətinin lideri üç saatlıq müayinədən sonra palataya yerləşdirilib. Hazırda M. Musəvinin yanına yalnız həyat yoldaşı Zəhra Rəhnavərd buraxılır və heç kimə onunla görüşməyə icazə verilmir. Onun yatdığı palatanı onlarla “Sepah”, ETTELAAT və polis əməkdaşı qoruyur. Hətta M. Musəvini palatasına təhlükəsizlik kamerası da yerləşdirilib. Hazırda onun səhhətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, bir neçə iranlı siyasi fəal avqustun 26-31-də Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI zirvə toplantısında iştirak etmək İrana səfər edəcək BMT baş katibi Pan Gi Mundan Mirhüseyn Musəvi və Mehdi Kərrubi ilə görüşməsini istəyiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR