Fransa səfirliyində Naxçıvan Rəssamlar ittifaqı sədrinin əsərlərinin sərgisi açılıb

Fransa səfirliyində Naxçıvan Rəssamlar ittifaqı sədrinin əsərlərinin sərgisi açılıb
# 22 oktyabr 2012 18:42 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Fransanın Bakıdakı səfirliyində Naxçıvan Muxtar Respublikası Rəssamlar ittifaqının sədri Ülviyyə Həmzəyevanın əsərlərindən ibarət sərginın açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Paskal Monye sərginin keçirilməsinin simvolik olduğunu bəyan edib: «Naxçıvan incəsənəti Azərbaycan incəsənətinin ayrılmaz hissəsidir. Bu sərgi ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına xidmət edəcək».

P. Monye bəyan edib ki, Azərbaycan və Fransa arasında həm siyasət, həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində əla münasibətlər yaranıb. «Biz bu münasibətləri daha da inkişaf etdirmək fikrindəyik», deyə o vurğulayıb.

Səfir azərbaycanlı rəssamların istedadına heyran olduğunu bildirib: «Sentyabrda mən Ü.Həmzəyevanın əsərləri ilə tanış oldum və şəkillərdəki rənglərin gözəlliyinə vuruldum. Ona görə biz onun əsərlərinin sərgisini birinci keçirməyi qərara aldıq».

Sərgidə rəssamın təxminən 25 əsəri nümayiş etdirilir.

Ülviyyə Həmzəyeva 1982-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 2005-ci ildən Naxçıvan Dövlət Universitetində rəssamlıq və incəsənət tarixindən dərs deyir. 2008-ci ildə «Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı» fəxri adına layiq görülüb. 2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyev Ülviyyə Həmzəyevanı «Azərbaycan Respublikasının Əməkdar Jurnalisti» fəxri adına layiq görüb. 2011-ci ildə Ülviyyə Həmzəyeva «Naxçıvan Muxtar Respublikası Rəssamlar ittifaqı»nın sədri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR